NATO-nun baş katibi: `Qarabağla bağlı mesaj olacaq`

AzVision.az xəbər verir ki, Stoltenberq NATO sammiti çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunacağını bəyan edib.
“Mən hesab edirəm ki, bizim sammitlə bağlı yekun komunikemizdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mesaj yer alacaq. Bu mesajda tərəfləri cəbhə xəttində gərginliyin azaldılmasına və münaqişəsinin sülh yolu həllinin tapılması il bağlı danışıqların davam etdirilməsinə çağıracağıq. Biz Dağlıq Qarabağda münaqişənin sülh yolu ilə həlli istiqamətində bütün səyləri dəstəkləyirik”-deyə NATO-nun baş katibi vurğulayıb.
Eldar Tanrıverdiyev
AzVision.az