`Dörd ermənidən üçü ölkədən getmək istəyir` - Abramyan

`Dörd ermənidən üçü ölkədən getmək istəyir` - Abramyan
  08 İyul 2016    Oxunub:2595
Ermənistan hakimiyyəti miqrasiyanı saxlamaq gücündə deyil.

AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, bunu `Milli Birlik` hərəkatının sədri, `Rusiya Erməniləri Birliyi`nin sədri Ara Abramyan İrəvanda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Ermənistan sakinləri öz vətənlərində qalmaq istəyirlər, lakin onlar burada ləyaqətli həyat sürəcəklərinə inanmırlar. Onlar ölkə rəhbərliyinin yeni iş yerlərini yaratmasına dair konkret səylərini görmürlər.

O, əlavə edib ki, müxtəlif araşdırmalara əsasən Ermənistanda 3 nəfərdən ikisi ölkəni tərk etmək istəyir. Gənclər arasında isə hər dörd nəfərdən üçü Ermənistanda qalmaq istəmir.

“Bu da təsadüfi deyil. Ermənistanda gənclər arasında işsizlik təxminən 40 faizdir. Gənclik hökumətin qayğısını hiss etmir”, - deyə Abramyan bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti