Sarkisyan aprel döyüşlərinə görə ABŞ-a təşəkkür etdi - VİDEO

Sarkisyan aprel döyüşlərinə görə ABŞ-a təşəkkür etdi - VİDEO
  09 İyul 2016    Oxunub:45447
Ermənistan prezidenti Serj Sarkisyan Polşanın paytaxtı Varşavada ABŞ dövlət katibi Con Kerri ilə görüşüb.

Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

Ermənistan prezidenti Dallasda baş verən faciə ilə bağlı Con Kerriyə başsağlığı verib. Ermənistan prezidenti və ABŞ dövlət katibi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə edib.

Prezident Sarksiyan ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi ABŞ-ın regionda sülh və sabitliyin təmin olunması istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndirib.

Sarkisyan təmas xəttində baş verən dördgünlük müharibənin dayandırılmasında göstərdiyi səylərə görə bir daha ABŞ-a təşəkkürünü bildirib.

Tərəflər iyulun 6-da Putin və Obama arasında baş tutuan telefon danışığını da müzakirə ediblər.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti