Ermənistanın Baş Qərargah rəisi istefaya göndərilir

AzVision.az Ermənistanın “İrates” qazetinə istinadən xəbər verir ki, Y. Xaçaturovun oğlu Qriqori Xaçaturov prezidentin sərəncamı ilə 5 il müddətinə 3-cü ordu korpusunun komandanı təyin edilib.
Sarksiyan 2010-cu ildə Q. Xaçaturovun işdə yol verdiyi nöqsanlara görə 4-cü ordu korpusunun rəhbəri vəzifəsindən azad olunmasını nəzərə almadı. İqtidar general Yuri Xaçaturovu vətən qarşısında “borcu yerinə yetirdiyi” üçün “əliboş”, “mükafatsız” buraxmayacığını nümayiş etdirdi. Çünki, generalı başqa cürə yerindən tərpətmək mümkün olmazdı.
Odur ki, hazırda Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yuri Xaçaturovun istefaya gedəcəyi və onun yerinə oğlu Qriqori Xaçaturovun gələcəyi gözlənilir. “Artıq bununla bağlı hazırlıqlara başlanıb” - deyə qəzet bildirib.
İlkin Nəcəfzadə
AzVision.az