`İlham Əliyevlə dostluq münasibətlərimiz var`- Poroşenko

`İlham Əliyevlə dostluq münasibətlərimiz var`- Poroşenko
  14 İyul 2016    Oxunub:2467
“Azərbaycan və Ukrayna arasında əməkdaşlıq üçün böyük potensial var”.
AzVision.az xəbər verir ki, bunu hazırda Bakıda səfərdə olan Ukrayna prezidenti Pyotr Poroşenko Ukrayna və Azərbaycan Prezidentləri Şurasının 5-ci iclasında bildirib.

“Bizim xalqların əlaqələri arasında böyük potensial var və cəsarətlə deyə bilərəm ki, hər iki ölkənin prezidentləri arasında isti və dost münasibətləri mövcuddur. Biz aktiv şəkildə danışıqlar prosesindəyik”, - deyə Poroşenko vurğulayıb.

Onun sözlərinə görə, ölkələr arasında əldə olunan bütün razılaşmalar qətiyyətli formada həyata keçirilir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti