İrəvanda general girov götürülüb - Yenilənib

İrəvanda general girov götürülüb - Yenilənib
  17 İyul 2016    Oxunub:19858
İrəvanda silahlı şəxslər 7 polisi girov götürüblər.
RİA Novosti xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti bəyanat yayıb.

Bəyanatda deyilir: “İrəvanda iyulun 17-si səhər saatlarında polis post-patrul xidmətinin alayına hücum təşkil edilib. Alayın ərazisində olanlar girov götürülüb”.

Bundan əvvəl bildirilirdi ki, silahlı qrup radikal müxalif “Yeni Ermənistan” İctimai xilac cəbhəsinin lideri Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb edir.

Bölmə istiqamətində olan bütün ətraf ərazilər mühasirəyə alınıb. Əraziyə daxili qoşunlar, polis qüvvələri, o cümlədən zirehli texnika gətirilir.

Jurnalistlər mühasirəyə alınmış əraziyə girişinə icazə verilmir. Polis heç bir şərh vermir, rəsmi bəyanatı gözləməyə çağırır.

Hər iki tərəfdən yaralıların olduğu bildirilir. (Trend)

***
(Saat 14: 30)

"Silahlı şəxslər Yerevanda Ermənistan polisinin yeddi əməkdaşını girovluqda saxlayır".

AzVision.az "Report"-a istinadən xəbər verir ki, bunu erməni parlamentinin müxalifətdən olan deputatı, qiyamçıların ələ keçirdiyi post-patrul xidmətinə baş çəkmiş Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, girovlar arasında polis rəisinin müavini, general-mayor Vartan Eqiazaryan da var. Qiyamçılar daha bir polisi səhhətində problemin olması səbəbilə girovluqdan buraxıblar.

"Silahlı dəstə Jirayr Sefilyanın azadlığa buraxılmasını, Ermənistan prezidenti Serj Sarkisyanın istefaya getməsini və hakimiyyəti xalqa təhvil verlməsini tələb edir", - deyə deputat qeyd edib.

Deputat vurğulayıb ki, qiyamçılar onlara qarşı hər hansı hücum əməliyyatına cavab olaraq sonadək mübarizə aparmağa kökləniblər.

AzVision.az


Teqlər:  





Xəbər lenti