Ərdoğandan xalqa çağırış: `Meydanlardan çəkilməyin`

Cənazə namazının qılınmasından sonra mərasim iştirakçıları qarşısında çıxış edən dövlət başçısı deyib ki, demokratiyada xalqın tələbinə göz yumula bilməz. Bu, xalqın haqqıdır.
Prezident qiyamçılara qarşı ən gözəl cavabı xalqın öz milli iradəsini ortaya qoyaraq verdiyini bildirib.
Dövlət başçısı Fəthullah Gülən terror təşkilatı tərəfdarlarının yer aldığı məhkəmə sistemində geniş təmizləmə işlərinin aparıldığını və bu tədbirlərin davam etdiriləcəyini diqqətə çatdırıb.
Rəcəb Tayyib Ərdoğan təşkilatın tərəfdarlarının həbs olunmasının məhkəmə orqanları ilə yanaşı, orduda və digər dövlət qurumlarında da aparılacağını qeyd edib.
Prezident, həmçinin xalqı küçələrdən və meydanlardan çəkilməməyə çağırıb: "Bu, 12 saata həll olunacaq məsələ deyil".
AzVision.az
Teqlər: