Sarkisyan təcili iclas keçirdi - Yenilənib

Məlumata əsasən iclasda İrəvandakı silahlı qiyamla bağlı geniş müzakirə aparılır.
Qeyd olunub ki, hüquq-mühafizə orqanları vəziyyətə nəzarət edir və polis idarəsinə hücumla bağı İrəvandakı situasiyanı nizamlamaq üçün zəruri tədbirlər görməyə hazırdır.
***
Ermənistan prezidenti Serj Sarkisyan ölkənin hüquq-mühafizə orqanlarının məsul şəxsləri ilə müşavirə keçirib.
Bu barədə prezidentin mətbuat xidməti məluat yayıb. Müşavirə iştirakçıları iyulun 17-də səhər baş vermiş silahlı insident nəticəsində paytaxtda həyata keçirilən əməliyyatların detalları və yaranmış vəziyyət barədə Sarkisyana məlumat verilib.
Hüquq-mühafizə orqanlarının rəhbərləri bildiriblər ki, vəziyyətə tam nəzarət edilir.
AzVision.az