Türkiyə prezidentinin baş müşaviri saxlanıldı

Türkiyə prezidentinin baş müşaviri saxlanıldı
  17 İyul 2016    Oxunub:2242
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın baş hərbi müşaviri (baş yavəri) Ali Yazıçı saxlanılıb.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin Anadolu agentliyi məlumat yayıb.

Yavərin saxlanılmasına səbəb kimi 15 iyul dövlət çevrilişinə cəhd göstərilir.

***

Türkiyə mətbuatında yayılan digər məlumatda Ali Yazıçının iyulun 15-də Prezident Rəcəb Tayyib Ərdoğanla birlikdə Marmarisdə deyil, Ankarada olduğu bildirilir.

Prezident Sarayının baş katibi Fəxri Kasırğanın qaçırılmasında Albay Yazıçının əli olduğu iddia edilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti