Polisə silahlı hücum - 3 nəfər ölüb

Polis idarəsinin olduğu ərazi polislər tərəfindən mühasirəyə alınıb, qonşu binaların əməkdaşlarını ofisdən bayıra buraxmırlar. Lakin hələlik atışmanın hansı səbəbdən baş verdiyi bilinmir.
Şahidlər biri mülki şəxs olmaqla, 3 nəfərin öldüyünü deyiblər. Artıq atışmada iştirak edən yaraqlılardan biri həbs edilib.
Qazaxıstan Milli Təhlükəsizlik Nazirliyindən bildiriblər ki, naməlum şəxslər Almatıda rayon Daxili İşlər Şöbəsinin və MTN Departamentinin binalarına hücum edib.
Onların qeyri-ənənəvi dini cərəyanın nümayəndəsi olduğu güman olunur.
AzVision.az