Almatıda silahlı iğtişaş - 6 nəfər girov götürülüb

İlkin ehtimala görə, silahlı şəxslər öncə “Juldız” mikrorayonunda yerləşən polis idarəsinə hücum edib və bundan sonra şəhərin mərkəzinə irəliləyiblər.
Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin (MTK) Antiterror Mərkəzi naməlum şəxslərin Daxili İşlər Nazirliyinin Almalı rayon idarəsinin binasına və MTK-nın Departamentinə hücum edildiyinə dair daha əvvəl mətbuatda yayılan informasiyanı təsdiq edib.
Mərkəzindən bildiriblər ki, bu səbəblə Almatı ərazisində terror təhlükəsi kritik səviyyəyə (“qırmızı”) çatdırılıb.
AzVision.az