Almatıda son vəziyyət: 3 polis öldürüldü (Video)

Təcili tibbi yardım xəstəxanası nəzarətə götürülüb.
Eyni zamanda Almatı şəhərində terror təhlükəsinin qırmızı səviyyəsi elan olunduğundan Qazaxıstan Silahlı Qüvvələrinin hərbi hissələri və müəssisələri gücləndirilmiş rejimə keçib. Müdafiə Nazirliyinin bəyanatında bildirilib ki, silah və sursat saxlama obyektlərinin mühafizəsi də gücləndirilib.
Şəhərdə keçirilən antiterror əməliyyatı çərçivəsində “Almatı-1” dəmiryol vağzalı mühafizə olunur.
Qazaxıstan KİV-nin məlumatına əsasən, polisin vağzalı mühasirəyə almasına binaya partladıcı qurğunun yerləşdirilməsi barədə informasiya səbəb olub.
AzVision.az