Avropa İttifaqı həbslərə görə Ərdoğanı suçladı

Onun sözlərinə görə, hərbi çevrilişlə əlaqədar saxlanılan şəxslərin siyahısı qabaqcadan hazırlanıb: “Bizim qorxduğumuz bu idi. Mən və Federika Mogerini çevriliş cəhdindən sonra baş verənlərin qanunun aliliyinə dair beynəlxalq standartlara uyğun olacağını gözləyirdik. Müşahidə etdiklərimiz həmin standartlara əməl olunmadığını göstərir”.
Türkiyə hökumətinin baş verənlərdən öz maraqları naminə yararlanıb-yararlanmadığı haqda suala Y. Han belə cavab verib: “Ən azı, buna hazırlıq var idi. Siyahıların hadisələrdən sonra ortaya çıxması göstərir ki, bu məqamdan faydalanmaq üçün qabaqcadan hazırlıq görülüb”.
Qeyd edək, Türkiyədə hərbi çevriliş cəhdindən sonra minlərlə hərbçi, polis, hakim, prokuror həbs edilib.
Eldar Tanrıverdiyev
AzVision.az
Конец переписки