İrəvanda 5 nəfər hələ də girov saxlanılır

İrəvanda 5 nəfər hələ də girov saxlanılır
  18 İyul 2016    Oxunub:2479
İrəvanda silahlı basqına məruz qalan polis idarəsində hazırda 5 nəfər girov saxlanılır.

AzVision.az xəbər verir ki, bunu Ermənistan Polis rəisinin müvini Unan Poqosyan bildirib.

Onun sözlərinə görə, tərəflərin tələbləri dəyişməyib. Poqosyan, həmçinin əlavə edib ki, danışıqlarda Jirayir Sefilyan iştirak etmir.

Polis rəisinin müavini bildirib ki, hüquq-mühafizə orqanlarının tələbləri girovların azad olunması, müqaviməti dayandırmaq və hakimiyyətə təslim olmaqdan ibarətdir.

Girov saxlanılan şəxslərin kimlikləri barədə açıqlama verilməyib.

Xatırladaq ki, dünən səhər bir neçə silahlı şəxs Ermənistan polisinin patrul-post alayının ərazisinə daxil olub və zor tətbiq etməklə oradakı insanları girov götürüb. Polisin məlumatına görə, binanın ələ keçirilməsinə cəhd zamanı bir polis zabiti ölüb, üç nəfər yaralanıb. Ardından xüsusi təyinatlıların əməliyyatı nəticəsində iki girov azad edilib.

Silahlı basqın edən şəxslərin Jirayr Sefilyanın tərəfdarları olduğu bildirilib. Onlar Sefilyanın həbsdən azad edilməsi, Sarkisyanın istefa tələbə ilə çıxış ediblər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti