`WikiLeaks` Türkiyədəki qiyamla bağlı gizli sənədlər yayacaq

AzVision.az “Hürriyet”ə istinadən xəbər verir ki, “WikiLeaks” bunu özünün rəsmi “Twitter” səhifəsində bildirib.
“Türkiyə çevrilişi” etiketi ilə verilən açıqlamada “Türkiyənin siyasi güc iyerarxiyası” haqqında 100 mindən çox sənəd yayımlanacağı bildirilib.
Eldar Tanrıverdiyev
AzVision.az