Qiyamçı lider və 26 general həbs edildi

Bildirilib ki, Akın Öztürk daxil olmaqla hərbi çevrilişə cəhddə ittiham edən 26 generalın həbsi barədə məhkəmə qərar çıxarıb.
Türkiyə KİV-lərinin yaydığı digər məlumata görə, Akın Öztürk dindirilərkən hərbi çevrilişdə iştirakını etiraf edib. “Mən çevriliş etmək məqsədilə hərəkət etmişəm”, - deyə A.Öztürk məhkəmədə deyib.
Qeyd edək ki, Türkiyədə qiyam cəhdinin lideri hesab olunan general Akın Öztürk vətənə xəyaət maddəsi ilə ittiham olunur.
AzVision.az