Türkiyədə hərbi çevriliş cəhdinin təfərrüatları

Türkiyədə hərbi çevriliş cəhdinin təfərrüatları
  19 İyul 2016    Oxunub:4080
Türkiyə kəşfiyyatı (MİT) hərbi çevriliş cəhdinin təfərrüatlarını açıqlayıb.
AzVision.az xəbər verir ki, bu barədə "Milliyyet" qəzeti məlumat yayıb.

Nəşrinin məlumata görə, ölkədə hərbi çevriliş iyunun 16-da saat 03:00-da planlaşdırılıbmış. Lakin hərbi çevriliş planının üstü açıldığından qiyamçılar bir neçə saat tez hərəkət etməyə məcbur qalıblar.

Qeyd edək ki, iyulun 15-dən 16-na keçən gecə Türkiyədə hərbi çevrilişə cəhd hadisəsi baş verib. Dövləti devirmək üçün hərəkətə keçən ordunun qarşısı bir neçə saat ərzində alınıb. Nəticədə xeyli insan ölüb, ölkəni həbslər dalğası bürüyüb.

Bu günə olan son məlumata görə, hərbi çevriliş cəhdinə görə Türkiyədə 7500 nəfər tutulub. 208 nəfər Türkiyə vətəndaşı həlak olub. Onlardan 60 nəfəri polis, üçü hərbçi, 145-i isə mülki şəxsdir. Hadisələr zamanı 1491 nəfər isə xəsarət alıb.

Türkiyənin Hərbi Hava Qüvvələrinin keçmiş komandanı və Yüksək Hərbi Şuranın üzvü Akın Öztürkün qiyam cəhdinin lideri olduğu bildirilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti