İrəvanda etiraz aksiyası: Sarkisyanın istefası tələb olunur

AzVision.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, aksiyada 400-dən çox müxalifətçi iştirak edir.
Aksiya iştirakçıları polis bölməsini ələ keçirən silahlı qrupa dəstək şüarları səsləndirirlər.
Etirazçılar Sarkisyan hakimiyyətinin istefasını tələb edirlər.
***
İrəvanda onlarla etirazçı silahlıların ələ keçirdiyi polis şöbəsinin binasının yaxınlığına toplaşıb.
RİA Novosti xəbər verir ki, binanın ərazisinə əlavə polis qüvvələri yeridilib. Bundan əvvəl bir qrup müxalifətçi Ermənistan Polisinin Patrul-mühafizə polkunun Erebuni rayonunda yerləşən binasına yürüş etməyə cəhd etsə də, polis aksiyanı dağıtmışdı.
AzVision.az