Rus təyyarəsini vuran türk pilotlar həbs olundu

"Suriya sərhədi yaxınlığında Rusiyanın "Su-24" təyyarəsini vuran iki türk pilotu saxlanılıb", - deyə mənbə bildirib.
Xatırladaq ki, Rusiyaya məxsus qırıcı təyyarə ötən ilin noyabrın 24-də Türkiyənin Suriya ilə sərhədindəki Hatay vilayətində vurulub. Hərbi təyyarə Türkmən dağı ərazisindəki Qızıldağ istiqamətində yerə düşüb. Pilotlar katapulta etsələr də, onlardan biri ölüb. Digər pilotlar isə xüsusi təyinatlıların keçirdiyi 12 saatlıq əməliyyat nəticəsində xilas edilib. Bundan sonra Rusiya və Türkiyə arasında münasibətlər kəskinləşmişdi.
Eldar Tanrıverdiyev
AzVision.az