Binəli Yıldırımdan ABŞ-ı çətinə salan sual

B.Yıldırım qeyd edib ki, Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi üçün Ədliyyə Nazirliyi tərəfindən ABŞ-a 4 dəfə müraciət göndərilib.
“Bizdən sübut istəyirlər. Biz yenə də onlara istədikləri qədər sübut təqdim edəcəyik. Siz 11 sentyabrda “Əkiz qüllələr” vurulan zaman terrorçuları tələb edərkən sübut istədiniz? Bin Ladden üçün sübut axtarmadınız, amma Fətullah terror təşkilatı üçün təkidlə dəlil istəyirsiniz?” - deyə B.Yıldırım vurğulayıb.
Baş nazir bildirib ki, Türkiyə vətəndaşları çevrilişə cəhd edən şəxslərin cəzalandırılması məsələsində rahat olmalıdırlar: “Cinayətkarla ən ağır cəza veriləcək. Lazımi tədbirlər görüləcək. Millətin mesajı başımızın üstündədir. Müstəqil məhkəməmiz günahkar və günahsızı bir-birindən ayıracaq”.
AzVision.az