General bir milyon dollar alarkən tutulub- Yenilənib

İctimai Nəzarət Komissiyasının sədr müavini Yeva Merkaçeva faktı təsdiq edib və generalın saxlanılmasının qanuni oğrunun həbsi ilə bağlı ola biləcəyini bildirib.
***
(Saat 16:15)
Rusiyanın İstintaq Komitəsinin Moskva Baş İstintaq İdarəsinin rəis müavini, general-mayor Denis Nikandrovun həbs olunmasının təfərrüatları məlum olub.
AzVision.az “Life.ru”ya istinadən xəbər verir ki, Nikandrov bir milyon dollar müqabilində “Şakro Molodoy” ləqəbli kriminal avtoritetin cinayət işinə xitam veriləcəyinə söz verib.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (RFTX) əməkdaşları son aylar Nikandarovu izləyiblər. O, bir milyon dolları alan zaman tutulub.
Hazırda faktla bağlı araşdırma aparılır.
Eldar Tanrıverdiyev
AzVision.az