Türkiyə Silahlı Qüvvələri: Qiyam tamamilə yatırılıb

Türkiyə Silahlı Qüvvələri: Qiyam tamamilə yatırılıb
  19 İyul 2016    Oxunub:3166
Türkiyə Silahlı Qüvvələri ölkədə baş verən son hadisələrlə bağlı məlumat yayıb.
AzVision.az Anadolu Agentliyinə istinadla xəbər verir ki, hazırda Türkiyə Silahlı Qüvvələrinin birliklərində vəziyyətə nəzarətin tam təmin edildiyi vurğulanıb:

“Dövlət çevrilişi cəhdi Türkiyə Silahlı Qüvvələrində başladılsa da, bunu etməyə çalışanların xalqımızın Peyğəmbər ocağı adlandırdığı Türkiyə Silahlı Qüvvələrinin Vətənini, xalqını, bayrağını sevən şəxsi heyəti ilə qəti şəkildə əlaqəsi yoxdur”.

Açıqlamada bildirilib ki, FETÖ terror təşkilatının iyulun 15-də axşam saatlarında başladığı dövlət çevrilişi cəhdinin qarşısı iyulun 17-də günorta saatlarında tam alınıb

Qeyd olunub ki, bu rəzilliyi Türkiyə Respublikasına, şərəfli keçmişi olan Türkiyə Silahlı Qüvvələrinə, xalqa yaşadanlar ciddi şəkildə cəzalandırılacaqlar: “Hazırda Türkiyə Silahlı Qüvvələri demokratik hüquq sistemi içərisində dövlətimizin və millətimizin əmrində vəzifəsinin başındadır”

AzVision.az


Teqlər:





Xəbər lenti