Gülənin telekanalları bağlandı - Siyahı

Gülənin telekanalları bağlandı - Siyahı
  19 İyul 2016    Oxunub:6055
Türkiyənin Radio və Televiziya Yayım Qurumu ölkədə baş verən dövlət çevrlişi cəhdindən sonra bəzi kanalların və radioların bağlanması ilə bağlı qərar verib.
AzVision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bağlanan kanallar ABŞ-da yaşayan Fətullah Gülənin adı ilə bağlıdır və bu kanallar qiyam zamanı Gülənin təbliğatını aparıblar.

Lisenziyası ləğv edilən televiziya və radiolar STV, Samanyolu Xəbər, Samanyolu Xəbər Radio, Can Erzincan TV, Kanal 124, Yumurcaq TV, Hira TV, MC TV, Dünya TV, Kanal Türk, Bugün TV, Mehtap TV, Berfin FM, Kanal Türk Radio, Burç FM, Samanyolu Xəbər Radiosu, Radyo Mehtap, Xəbər Radio Ege, Dünya Radio, Radio Küre, Merkür TV, Esra Radio, Tuna Shopping TV, Samanyolu Xəbər Radio Anadoludur.

AzVision.az


Teqlər:  





Xəbər lenti