İrəvanda qarşıdurma: 4 polis yaralandı (VİDEO+YENİLƏNİB)

İrəvanda qarşıdurma: 4 polis yaralandı (VİDEO+YENİLƏNİB)
  20 İyul 2016    Oxunub:22907
Ermənistanın paytaxtı İrəvanda vəziyyət gərgin olaraq qalır.

AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, İrəvanda ələ keçirilən polis idarəsinin qarşısında izdihamlı anlar yaşanır.

Polis şöbəsinin ətrafına toplaşmış qəzəbli kütlə Sarkisyanın istefasını tələb edirlər.

Məlumatlara görə, polislərlə nümayiş iştirakçıları arasında toqquşma baş verib. Bir neçə sakinin xəsarət aldığı yayılan məlumatlar sırasındadır.

Bildirilir ki, etiraza qalxan kütlə polis idarəsini ələ keçirən qiyamçıların silahdaşlarıdır.

***

İrəvanda silahlı şəxslər tərəfindən ələ keçirilən post-patrul xidməti alayının binasının qarşısına əlavə polis qüvvələri cəlb olunub.

Binanı mühasirəyə almış polis qüvvələri ərazini ciddi nəzarətə götürüb. Mülki şəxslərlə polislər arasında qarşıdurma yaşanır.

Onlar polisin əməliyyat keçirməsinə mane olmağa çalışırlar.

***



Erməni KİV-lərində yer alan məlumatlara görə, polis idarəsinin qarşısında toplaşan etirazçılar qadağan olunmuş əraziyə keçməyə cəhd ediblər. Onlara mane olan polislərlə müxaliflər arasında toqquşma baş verib. Etirazçılar polis maşınlarını daş-qalaq edib. 4 polisin xəsarət aldığı bildirilir. Xəsarət alanlar arasında sakinlərin də olduğu qeyd edilir.

Bu dəqiqəyə olan məlumatlara əsasən, etirazçılar barilkadalar qurublar. Onlar ərazini tərk etməyəcəklərini deyirlər.



İrəvan polisinin rəisi Aşot Karapetyan bildirib ki, insident nəticəsində saxlanılan yoxdur.

Polis əməkdaşlarının çağırışlarına baxmayaraq, müxalifətlər ərazini tərk etməyiblər. Yaralı polsilərin vəziyyətlərinin stabil olduğu bildirilir.

Qeyd edək ki, iyulun 17-də bir qrup silahlı şəxs İrəvan ətrafındakı Erebuni rayonunda polis şöbəsinin binasını ələ keçirib. Onları polis tərəfindən saxlanılmış Qarabağ müharibəsi veteranı Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb ediblər. Hadisə zamanı bir polis ölüb, 3-ü yaralanıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti