Vaşinqton İrəvandakı hadisələri pislədi

Vaşinqton İrəvandakı hadisələri pislədi
  20 İyul 2016    Oxunub:2348
Vaşinqton Ermənistanda siyasi dəyişiklikləri zorakılıq yolu ilə həyata keçirmək cəhdlərini pisləyir.

AzVision.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner bəyan edib.

“Biz Ermənistanda və hər yerdə zor gücü ilə siyasi dəyişikliklərə nail olmaq cəhdlərini pisləyirik və vəziyyətin normalaşdırılması üçün Ermənistan hakimiyyətini təmkinlik nümayiş etdirməyə çağırırıq”, - deyə Toner bildirib.

Qeyd edək ki, iyulun 17-də bir qrup silahlı şəxs İrəvan ətrafındakı Erebuni rayonunda polis şöbəsinin binasını ələ keçirib. Onları polis tərəfindən saxlanılmış Qarabağ müharibəsi veteranı Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb ediblər. Hadisə zamanı bir polis ölüb, 3-ü yaralanıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti