Sarkisyan Qarabağın qaytarılmasını müzakirə edib

Sarkisyan Qarabağın qaytarılmasını müzakirə edib
  20 İyul 2016    Oxunub:10115
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfəri zamanı Ermənistan prezidenti Serj Sarkisyan separatçıların nümayəndələri ilə qapalı görüş keçirib. Görüşdə ərazilərin Azərbaycana qaytarılması məsələsi müzakirə edilib.

AzVision.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosu məlumat yayıb.

Məlumata əsasən, üç gün öncə baş tutan görüşdə `DQR-ın rəhbəri` Bako Saakyan da iştirak edib.

“Qarabağ hərəkatı”nın iştirakçısı Razmik Petrosyanın sözlərinə görə, görüş zamanı Sarkisyan qeyd edib ki, Ermənistan tərəfinə Qarabağa bitişik torpaqları qaytarmaq təklif olunmasa da, o yenə də insanların buna münasibətini öyrənir.

“O, hər bir iştirakçının fikrinin öyrənib”, - deyə Petrosyan bildirib.

Yaxın zamanlarda Sarkisyan Qarabağda daha bir görüş keçirəcək. Lakin bu görüşün dəqiq tarixi məlum deyil.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti