Sarkisyan Ermənistandan qaçıb?

Sarkisyan Ermənistandan qaçıb?
  20 İyul 2016    Oxunub:33600
Ermənistan prezidenti Serj Sarkisyanın ölkədən qaçmasına dair ilginc məlumatlar yayılıb.

AzVision.az xəbər verir ki, müxalif fikirli jurnalistlər prezident Sarkisyanın harada olmasına dair mülahizələr irəli sürürlər.

Onlar bildirirlər ki, ölkədə silahlı qiyamın davam etdiyi günlərdə Sarkisyan bir dəfə də olsun hadisə ilə bağlı bəyanat verməyib. Bu, Sarkisyanın ölkədə olmaması ilə əlaqələndirilir.

Ermənistan prezidentinin müşaviri Alik Sarkisyan isə açıqlamasında bildirib ki, ölkə rəhbəri hazırda iş başındadır və vaxtı gələndə bəyanat verəcək.

A.Sarkisyan `Sonuncu dəfə prezidenti nə vaxtı görmüsünüz?` sualına cavab verməyib.

İddialara görə, Sarkisyan İrəvanda polis idarəsinin silahlılar tərəfindən ələ keçirilməsindən sonra ölkədə qiyam olacağından ehtiyat edərək bir müddətlik ölkəxaricinə çıxıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti