Ərdoğan Bakıya gələcək

Ərdoğan Bakıya gələcək
  20 İyul 2016    Oxunub:3724
Türkiyə-Azərbaycan-Gürcüstan üçtərəfli mexanizmi regional əməkdaşlığın inkişafına böyük töhfə verib.

AzVision.az xəbər verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım deyib.

O, yaxın vaxtlarda Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə zirvə görüşünün keçiriləcəyini bildirib.

Baş nazir çıxışı zamanı Dağlıq Qarabağ probleminə də toxunub: “Biz problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə sadiq olduğumuzu bəyan etmişik. Eyni zamanda keçirdiyimiz görüşlərdə regionda terror hücumlarının sayının artmasına dair müzakirələrimiz olub. Terrorçular arasında fərq qoymadan, onların təsnifatını aparmadan terrorizmə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın vacibliyi qeyd olunub”.

B.Yıldırım əlavə edib ki, Azərbaycan və Gürcüstanın güclü olması regiona stabilik bəxş edir.

AzVision.az



Teqlər:  





Xəbər lenti