Putinlə Ərdoğan Bakıda görüşməyəcək

Putinlə Ərdoğan Bakıda görüşməyəcək
  20 İyul 2016    Oxunub:2600
Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş avqust ayının ilk 10 günü ərzində Rusiyada baş tutacaq.
AzVision.az xəbər verir ki, bu barədə Vladimir Putinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Peskov Putinlə Ərdoğanın Bakıda görüşəcəyi ilə bağlı xəbəri təkzib edib:

“Görüş Rusiyada baş tutacaq. Lakin şəhər və tarix dəqiq məlum deyil. Bakıda isə Azərbaycan, İran və Rusiya prezidentləri bir araya gələcək”.

AzVision.az


Teqlər:  





Xəbər lenti