Türkiyədə 626 təhsil müəssisəsi bağlanacaq

Türkiyədə 626 təhsil müəssisəsi bağlanacaq
  21 İyul 2016    Oxunub:2200
Türkiyədə 626 təhsil müəssisəsinin fəaliyyəti dayandırılacaq.
AzVision.az xəbər verir ki, bu barədə ölkənin Milli Təhsil Nazirliyi qərar verib.

Bildirilib ki, onlardan 524-ü özəl məktəbdir.

Nazirlik həmin təhsil müəssisələrini ölkənin konstitusion quruluşuna qarşı çıxmaqda ittiham edir.

Qeyd edək ki, hərbi çevrilişə cəhddən sonra Türkiyə Milli Təhsil Nazirliyi sistemindən 21 738 min insan qovulub.

AzVision.az


Teqlər:  





Xəbər lenti