Ermənistanda qarşıdurma: Polis etirazçılara atəş açdı (VİDEO+Yenilənib)

Ermənistanda qarşıdurma: Polis etirazçılara atəş açdı (VİDEO+Yenilənib)
  21 İyul 2016    Oxunub:8604
İrəvanda silahlıların ələ keçirdiyi polis şöbəsinin ərazisinə əlavə polis qüvvələri yeridilib.

Xarici KİV-də yer alan məlumata görə, binanın yaxınlığında 200 etirazçı aksiya keçirir. Onlar polisdən xüsusi əməliyyat keçirməməyi tələb edirlər.

***
İrəvanda silahlı qrup tərəfindən ələ keçirilmiş polis bölməsində polis əməkdaşları və nümayişçilər arasında toqquşmalar başlayıb.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, ərazidə atəş səsləri eşidilir.

Nümayişçilər polis əməkdaşlarına daş atırlar.

***

RİA Novosti xəbər verir ki, etirazçılar polisə daş və müxtəlif əşyalar atıb, polis havaya atəş açandan sonra işıq-səs qumbaralarından istifadə edib.

Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir.





AzVision.az


Teqlər:  





Xəbər lenti