İrəvanda gərgin gecə: 51 nəfər yaralandı (VİDEO)

İrəvanda gərgin gecə: 51 nəfər yaralandı (VİDEO)
  21 İyul 2016    Oxunub:4244
Ötən gün İrəvanda keçirilən etiraz aksiyası zamanı 51 nəfər yaralanıb.

AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, toqquşmalar zamanı yaralanan şəxslərin 28-i polis əməkdaşıdır. Xəsarət alanlara ilkin tibbi yardım göstərilib.

Hazırda paytaxt İrəvanda vəziyyət stabildir.



Qeyd edək ki, gecə saatlarında İrəvanda silahlıların ələ keçirdiyi polis şöbəsi yaxınlığında keçirilən etiraz aksiyası dağıdılıb. 30-dək etirazçı saxlanılıb.

Artıq bir neçə gündür ki, silahlı qruplaşma polis bölməsini nəzarətdə saxlayır.

Ermənistan Milli Təhlükəsizlik Şurası xüsusi tədbirlər görülmədən girovların azad edilməsi ilə bağlı danışıqlar aparıldığını bəyan edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti