Ərdoğanı Rusiya xilas edib? - Peskovdan açıqlama

Ərdoğanı Rusiya xilas edib? - Peskovdan açıqlama
  21 İyul 2016    Oxunub:3511
Rəsmi Moskva Türkiyədə hazırlanan dövlət çevrilişinə dair bu ölkəyə xəbərdarlıq etməsi barədə yayılan informasiyaya münasibət bildirib.
AzVision.az TASS-a istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu barədə məlumatsız olduğunu deyib: “Məndə belə informasiya yoxdur və Fars agentliyinin hansı mənbələrə istinad etdiyini bilmirəm”, - Peskov deyib.

Qeyd edək ki, İranın Fars agentliyi Moskvanın Türkiyədə çevrilişdən bir neçə saat öncə Rəcəb Tayyib Ərdoğana xəbərdarlıq etdiyi barədə məlumat yayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti