Türkiyədə daha iki general tutuldu

Türkiyədə daha iki general tutuldu
  21 İyul 2016    Oxunub:2167
Türkiyədə dövlət çevrilişi cəhdi ilə bağlı aparılan istintaq çərçivəsində daha iki general saxlanılıb.
AzVision.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, saxlanılan şəxslər Türkiyə Hərbi Hava Qüvvələrinin qərargah rəisi, general-leytenant Hasan Hüseyin Demirarslan və Silahlı Qüvvələrinin Diyarbəkir şəhərindəki 7-ci korpusunun komandanı, general-leytenant İbrahim Yılmazdır.

Bundan başqa Türkiyədə Fətullahçı terror təşkilatının (FETÖ) uğursuz dövlət çevrilişi cəhdindən sonra Yunanıstana qaçan 8 hərbçiyə iki ay həbs cəzası verilib.

Qeyd edək ki, İ.Yılmaz müvəqqəti olaraq hərbi çevriliş cəhdinə görə saxlanılan Türkiyə Silahlı Qüvvələrinin Malatya şəhərindəki 2-ci ordusunun komandanı, ordu generalı Adem Hudutinin yerinə təyin edilmişdi.

AzVision.az


Teqlər:  





Xəbər lenti