`Türkiyə Qarabağın həllinə töhfə verə bilər` - Rəsmi Moskva

`Türkiyə Qarabağın həllinə töhfə verə bilər` - Rəsmi Moskva
  21 İyul 2016    Oxunub:2947
“Ümid edirik ki, Rusiyanın göstərdiyi səylər, Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verən proseslərin dinamikasını itirməyəcək”.
AzVision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi mətbuat konfransında deyib.

XİN rəsmisi əlavə edib ki, Türkiyənin Dağlıq Qarabağ məsələsinə qoşulmasını konstruktiv fəaliyyət kimi nəzərdən keçirmək olar:

“Türkiyənin rəsmi nümayəndələrinin Dağlıq Qarabağ münaqişəsinin müsbət həlli üzrə əlavə təklifi varsa, bu, heç bir problem yarada bilməz. Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllinə konstruktiv töhfə verə bilər”-deyə Zaxarova bildirib.

AzVision.az


Teqlər:  





Xəbər lenti