`Rusiya təyyarəsini vuran pilot qərarı özü verib` - AKP

`Rusiya təyyarəsini vuran pilot qərarı özü verib` - AKP
  22 İyul 2016    Oxunub:3382
Türkiyəli pilot Rusiyanın "Su-24” təyyarəsini vurmaqla bağlı qərarı özü müstəqil şəkildə qəbul edib.
AzVision.az “Sputnik”ə istinadən bildirir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Yasin Aktay deyib.

"Təyyarəni vurmaq üçün qərar havada qəbul edilib. Belə qərarlar pilotlar tərəfindən qəbul olunur və bu vaxt o, güc tətbiq etməklə bağlı qaydaları rəhbər tutur. Lakin o, hava məkanını qısa müddətə pozan və onu tərk etmək niyyətində olan təyyarəni vurmaya da bilər”, - deyə Y.Aktay bildirib.

Bununla bərabər o, ölkənin hava məkanının pozulmasının və bu kimi halların təkrar olunmasının qəbuledilməz olduğunu bildirib və əlavə edib ki, Türkiyə hökuməti pilotun hərəkətlərini ona görə müdafiə edib ki, "bizim güc variantından istifadə etmək hüququmuzun olduğu şübhə altına düşməsin”.

AzVision.az


Teqlər:  





Xəbər lenti