Müsəlmanlardan Pokemon fətvası

Səudiyyə Ərəbistanının mühafizəkar Ruhanilər Şurasının üzvü şeyx Saleh əl-Fozan deyib ki, Pokemonun mobil telefon aplikasiyası ilə onun kart oyunu arasında heç bir fərq yoxdur.
Səudiyyə Ərəbistanında ali ruhanilər Pokemon oyununa qarşı fətvanı təzələyiblər. Onlar bildiriblər ki, bu oyundakı altıbucaqlı ulduz İsrail dövlətini, üçbucaqlı fiqurlar isə masonları simvolizə edir.
tdiyini dilə gətirib.
“The Telegraph” yazır ki, Pokemon Yaxın Şərqdə olduqca populyar oyundur, hərçənd bu regionda rəsmən istifadəyə buraxılmayıb.
Məqalədə deyilir ki, Misirin əl-Əzhar Universitetinin rəhbərliyi də oyuna qarşı çıxış edib. Universitet rəhbərliyi bildirib ki, bu oyuna aludəçilik, müsəlmanları namaz və ibadətdən yayındıra bilər.
Qonşu Küveytdə isə polis vətəndaşları Pokemon oyununu məscidlərdə, ticarət mərkəzlərində və neft qurğulatrında oynamamağa çağırıb.
Birləşmiş Ərəb Əmirlikləri isə mobil telefon oyunlarına aludə olanları bundan əl çəkməyə çağırıb. Rəsmi açıqlamada deyilir ki, mobil telefon oyunları oyunçunun coğrafi məkanını nişan verir və kriminallar bundan fürsətlənə bilərlər (BBC).
AzVision.az