`Azərbaycan FETO-çularla bağlı lazımı addımı atdı` - Çavuşoğlu

`Azərbaycan FETO-çularla bağlı lazımı addımı atdı` - Çavuşoğlu
  22 İyul 2016    Oxunub:20562
Türkiyə hərbi çevriliş cəhdindən sonra dost və qardaş ölkələrlə əlaqə saxlayaraq, fətullahçılarla bağlı məlumatlarını diqqətə çatdırıb. Qardaş Azərbaycan da bu istiqamətdə lazımi addımlari atdı.

AzVision.az-ın məlumatına görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu TRT telekanalına müsahibəsində bildirib.

Somalinin fətullahçılarla bağlı qurumları bağladığını vurğulayan nazir qeyd edib ki, Türkiyə bütün dost ölkələrdən bu addımı atmağı gözləyir.

Bundan əlavə, nazir bildirib ki, Türkiyə Fətullah Gülənin ekstradisiyası üçün ABŞ-da yaradılması təklif olunan komissiyanın işində iştirak etməyə hazırdır.

Çavuşoğlu Yunanıstandan siyasi sığınacaq istəyən hərbçilər haqda çıxışında onların buna hüququnun çatmadığını diqqətə çatdırıb: “Yunanıstanın dövlət strukturlarının bizimlə qanun çərçivəsində əməkdaşlıq edəcəyini və bu xainlərin Türkiyəyə ekstradisiya ediləcəyini gözləyirik”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti