`Kəşfiyyatda ciddi boşluq var`- Nazir müavini

`Kəşfiyyatda ciddi boşluq var`- Nazir müavini
  22 İyul 2016    Oxunub:7206
"Türkiyənin kəşfiyyat sistemində ciddi islahatlar aparılacaq".
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu baş nazirin müavini Nurəddin Canikli deyib.

O, bildirib ki, ölkənin kəşfiyyat sistemində bir boşluq var. Onun sözlərinə görə, Türkiyə prezidenti dövlət çevrilişi cəhdi ilə bağlı xəbərlər yayılmağa başladığı zaman ölkənin ən böyük kəşfiyyat təşkilatının rəhbəri ilə əlaqə yarada bilməyib:

“Bu da yalnız Milli İstihbarat Təşkilatı (MİT) üçün keçərli deyil. Ümumilikdə bütün kəşfiyyat sistemində boşluq var. Ona görə də bu sahədə çox ciddi və köklü islahatlar aparmaq lazımdır".

N.Canikli Türkiyədə baş verənlərin ölkənin son əsrlərdə üz-üzə qaldığı ən böyük təhlükə olduğunu dilə gətirib: "Bu yalnız bir zərbə cəhdi deyil. Türkiyənin müstəqilliyini hədəf alan bir cəhddir”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti