Sarkisyan qiyamçılarla bağlı tapşırıq verdi

Sarkisyan qiyamçılarla bağlı tapşırıq verdi
  22 İyul 2016    Oxunub:2953
İrəvanda polis idarəsinin ələ keçirilməsi ilə yaranan vəziyyətin dinc yolla həll olunması üçün bütün mümkün vasitələrdən istifadə etmək lazımdır.

AzVision.az xəbər verir ki, bu barədə cümə günü Ermənistan prezidenti Serj Sarkisyan hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birgə keçirdiyi iclasda deyib.

Sarkisyan, həmçinin baş verən hadisələrin hərtərəfli və obyektiv araşdırılmasının vacibliyini, günahkarların cəzalandırılacağına dair təminatın verilməsinin əhəmiyyətini vurğulayıb.

Xatırladaq ki, iyulun 17-də bir qrup silahlı şəxs İrəvan ətrafındakı Erebuni rayonunda polis şöbəsinin binasını ələ keçirib. Onlar polis tərəfindən saxlanılmış Qarabağ müharibəsi veteranı Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb edirlər. Hadisə zamanı bir polis ölüb, 3-ü yaralanıb.

Girov saxlanılan şəxslər arasında Ermənistan polisinin rəis müavini general-mayor Vardan Yegiazaryan və İrəvan polisinin rəis müavini polkovnik Valeri Osipyan var.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti