Almaniyada atışma: Ölənlər var (VİDEO+Yenilənib)

Almaniyada atışma: Ölənlər var (VİDEO+Yenilənib)
  23 İyul 2016    Oxunub:24907
Almaniyanın Münhen şəhərində silahlı insident baş verib.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, şəhərin mərkəzində baş verən atışma zamanı azı 15 nəfər ölüb. Bir neçə nəfərin yaralandığı bildirilir.

İlkin məlumata görə, hadisə ticarət mərkəzlərinin birində qeydə alınıb. Hadisənin terror aktı olduğu güman edilir.

İnsidentin hansı zəmində baş verməsi haqda əlavə məlumat verilməyib.



***

Münhenin “Olympiya” ticarət mərkəzində baş verən atışmada ən azı 15 nəfər dünyasını dəyişdiyi deyilsə də, bu xəbər hələki rəsmi qurumlar tərəfindən təsdiqlənməyib.

RİA Novosti-nin yaydığı məlumata görə, atışma zamanı 1 nəfər ölüb, azı 10 nəfər xəsarət alıb. Münhenin ayrı-ayrı bölgələrində də atəş səslərinin eşidildiyini bildirir.

***

Hadisə yerinə xüsusi təyinatlı polis qüvvələri cəlb olunub. Ticarət mərkəzi mühasirəyə alınıb.

***

Münhendə "Olimpiya" ticarət mərkəzində baş verən silahlı hücum nəticəsində ən azı üç nəfər həlak olub.

Bu barədə BBC məlumat yayıb. Münhen polis nümayəndəsi bildirib ki, hücumda bir neçə nəfər iştirak edib. Cinayətkarları tutmaq mümkün olmayıb.

Sakinlərdən küçəyə çıxmamaq xahiş olunub.



***

BBC-nin Münxen polisinə istinadla verdiyi məlumata görə, silahlı insident nəticəsində 6 nəfər həlak olub, bir neçə nəfər yaralanıb.

Hadisəni üç nəfərin törətdiyi ehtimal edilir. Onların axtarışı istiqamətində işlər davam etdirilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti