Obama Güləndən danışdı, Ərdoğana şərt qoydu

“Türkiyə prezidenti və hökuməti əmindir ki, ABŞ-ın Pensilvaniya ştatında yaşayan Gülənin dövlət çevrilişinə cəhddə əli var. Mən prezident Ərdoğana dedim ki, onlar ABŞ ərazisindəki Gülən və ya başqası haqda sübutları bizə təqdim etməlidirlər", – deyə Obama Ağ Evdə Meksika prezidenti ilə keçirdiyi mətbuat konfransında deyib.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 15 iyul hərbi çevriliş cəhdindən sonra ABŞ rəhbərliyinə müraciət edərək Fətullah Gülənin ekstradisiyasını tələb edib.
“Mən buradan Amerikaya səslənirəm. Ölkə rəhbərliyinə bundan öncə də çağırış etmişdim. Bildirmişdim ki, sizin torpaqlarınızda, Pensilvaniyada gizlənən o şəxsi (Fətulla Güləni nəzərdə tutur-red) ya deportasiya edin, ya da bizə verin. Amma dinləmədiniz. İndi yenidən hərbi çevriliş cəhdindən sonra sizə səslənirəm. Bildirirəm ki, Pensilvaniyadakı bu şəxsi artıq Türkiyəyə təslim edin”-deyə Ərdoğan Obamaya müraciətində bildirib.
AzVision.az