Fətullah Gülənin qardaşı oğlu tutuldu

Fətullah Gülənin qardaşı oğlu tutuldu
  23 İyul 2016    Oxunub:2502
Türkiyədə Fətullahçı terror təşkilatının (FETÖ) lideri Fətullah Gülənin qardaşı oğlu tutulub.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Məhəmməd Səid Gülən Ərzurum vilayətində saxlanılıb.

M.S.Gülənin Ankara prokurorluğunun FETÖ-nun dövlət çevrilişi cəhdinə qarşı apardığı istintaq tədbirləri çərçivəsində saxlanıldığı bildirilib.

O, terror təşkilatına üzvü olmaqda və 2010-cu ildə dövlət qulluğuna keçirilən qəbul imtahanlarında qanunsuzluğa yol verməkdə ittiham edilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti