Türkiyədə 13165 FETÖ-çü tutulub

Prezident Ərdoğan qeyd edib ki, saxlanılan şəxslərdən 8 min 838 nəfəri əsgər, 2 min 101-nəfəri hakim və prokuror, 1485 nəfəri polis, 52 nəfəri mülki idarə rəisi, 689 nəfəri isə mülki vətəndaşdır.
“5 min 863 nəfər, o cümlədən 123 general, 282 rütbəli polis işçisi, 1559 hakim və prokuror saxlanılaraq həbs edilib. Hazırda digərlərinin dindirilməsi davam edir”-deyə Ərdoğan qeyd edib.
Türkiyə prezidenti çıxışı zamanı xalqı ölkədəki vəziyyətə təmkinli yanaşmağa çağırıb.
AzVision.az