Ərdoğan partiya rəhbərləri ilə görüşəcək

Ərdoğan partiya rəhbərləri ilə görüşəcək
  25 İyul 2016    Oxunub:1441
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə siyasi partiya liderləri ilə görüşəcək.
Anadolu agentliyinin məlumatına görə, görüş Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Prezident Sarayında baş tutacaq.

Görüşdə Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu, Millətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı və hakim Ədalət və İnkişaf Partiyasının sədri Binəli Yıldırım iştirak edəcək.

Qeyd edək ki, iyulun 24-də Ərdoğan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akarı qəbul edib. Bildirilir ki, bu, dövlət çevrilişinə cəhddən sonra prezidentlə Hulusi Akar arasında ilk görüşdür.


Teqlər:





Xəbər lenti