Türkiyədə 11 jurnalist ölkədən qaçdı

  25 İyul 2016    Oxunub : 1270
Türkiyədə 11 jurnalist ölkədən qaçdı
Türkiyədə Fətullahçı terror təşkilatının (FETÖ) uğursuz dövlət çevrilişi cəhdi ilə bağlı aparılan araşdırma nəticəsində barələrində həbs qərarı çıxarılan jurnalistlərdən 11 nəfəri ölkədən qaçıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkədən qaçan jurnalistlərin adları açıqlanıb.

Abdullah Abdülkadir, Bilal Şahin, Bülent Ceyhan, Fatih Akalan, Fatih Yağmur, Kamil Maman, Mahmut Hazar və Selahattin Selvi, Ahmet Dönmez, Turan Görüryılmaz və Ufuk Emin Köroğlu FETÖ ilə bağlı istintaqın aparıldığı müddətdə ölkəni tərk ediblər.

Qeyd edək ki, İstanbul prokurorluğu 42 jurnalistin həbsi barədə qərar verib.

AzVision.az

Teqlər: