Türkiyədə yenə terror: 3 polis şəhid oldu

Türkiyədə yenə terror: 3 polis şəhid oldu
  25 İyul 2016    Oxunub:1919
Türkiyədə növbəti dəfə terror aktı törədilib.
AzVision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hadisə Mardin şəhərində Kızıltepe-Viranşehir avtomobil yolunda baş verib.

Qeyd olunub ki, PKK terrorçularının yolun kənarında yerləşdirdikləri partlayıcı qurğu zirehli polis avtomobili hərəkət edən zaman işə düşüb. Nəticədə 3 polis əməkdaşı şəhid olub.

Təhlükəsizlik qüvvələri hücumu təşkil edən PKK-çıların zərərsizləşdirilməsi üçün əməliyyatlara başlayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti