Tanınmış xanım jurnalist həbs edildi

Tanınmış xanım jurnalist həbs edildi
  26 İyul 2016    Oxunub:3109
Türkiyədə tanınmış jurnalist Nazlı Ilıcak həbs olunub.
AzVision.az-ın məlumatına görə, FETÖ-çü olduğu iddia edilən xanım jurnalist Bodrumda saxlanılıb.

Polis tərəfindən saxlanılan Nazlı Ilıcak Bodrum Polis İdarəsinə gətirilib. Onun İstanbula ekstradisiya olunacağı bildirilir.

Qeyd edək ki, Nazlı Ilıcak 1999-cu ildə Fəzilət Partiyasından İstanbul millət vəkili seçilib.

Ötən gün o da daxil olmaqla 42 jurnalistin həbsinə qərar verilmişdi.

Kənan Məmmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti