Putin əvvəl Əliyevlə, sonra Ərdoğanla görüşəcək
AzVision.az RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Türkiyənin baş nazirinin müavini Mehmet Şimşek bildirib.
Onun sözlərinə görə, görüşdə Moskva və Ankaranın əlaqələrinin qısa müddət ərzində bərpa edilməsi müzakirə olunacaq.
Qeyd edək ki, Rusiya prezidenti Ərdoğanla görüşdən bir gün öncə - avqusdun 8-də Azərbaycana səfər edəcək. Bakıda Azərbaycan, Rusiya və İran prezidentləri - İlham Əliyev, Vladimir Putin və Həsən Ruhaninin görüşü keçiriləcək.
Eldar Tanrıverdiyev
AzVision.az