`Qarabağ münaiqşəsinin həlli vacibdir` - Ştaynmayer

`Qarabağ münaiqşəsinin həlli vacibdir` - Ştaynmayer
  26 İyul 2016    Oxunub:1975
“ATƏT məkanında köhnə münaqişələr həllini tapmamış yeni münaqişələr meydana gəlib”.
AzVision.az “İnterfaks”a istinadən xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer deyib.

Ştaynmayerin sözlərinə görə, ATƏT çox çətin vəziyyətə düşüb: “Yeni problemlər yaranıb. Odur ki, həll olunmamış münaqişələrin qaynar mərhələləyə keçənə qədər həll edilməsi vacibdir”.

Nazir bildirib ki, “dondurulmuş” münaqişələrin hər zaman aktiv qaynar mərhələyə keçməsi riski mövcuddur: “Biz bunu Dağlıq Qarabağ münaqişəsində müşahidə etdik. Buna görə də Almaniya ATƏT-ə sədrliyi dövründə “dondurulmuş” münaqişələrin həlli məsələsini qarşıya məqsəd qoyub”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti